`Atletiko Madrid`dən Novruz təbriki - VİDEO

`Atletiko Madrid`dən Novruz təbriki - VİDEO
  22 Mart 2014    Oxunub:1149
Formalarına “Land of Fire Azerbaijan” yazılan futbolçular Azərbaycan xalqını təbrik ediblər.

Bugünlərdə ölkəmizdə Novruz bayramı qeyd olunur. Əsrlər boyu baharın gəlişini ifadə edən bu bayram Azərbaycanda çox böyük çoşqu ilə qarşılanır. Novruz bayramı nəinki ölkəmizdə, xaricdə yaşayan çoxmilyonluq həmvətənlərimiz tərəfindən də böyük təmtəraqla keçirilir.

Digər yandan, Azərbaycanın xaricdə apardığı diaspora fəaliyyətinə futbol sahəsində dəstək verən “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun gördüyü işlər də ölkəmizin tarixi, adət-ənənələri və mədəniyyətinin tanıdılmasında müstəsna rol oynayır.

AzVision.az "Bakı" futbol komandasının saytına istinadla xəbər verir ki, Azərbaycanı təbrik edənlər siyahısına əcnəbi futbolçular da qoşulublar. Belə ki, formasına “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) sözləri yazılan İspaniyanın Madrid “Atletiko” komandalarısunun oyunçuları milli bayram münasibəti ilə maraqlı video çarx hazırlayıblar. Bir necə oyunçu əlində formalarını tutaraq təbrik mesajı göndərib.

AzVision.az Madrid “Atletiko”sunun FC Baku TV ilə birgə hazırladıqları videotəbrikini təqdim edir:




Teqlər:





Xəbər lenti