“Üç qardaş - 2021”in növbəti mərhələsi icra edilib - VİDEO

   “Üç qardaş - 2021”in növbəti mərhələsi icra edilib -    VİDEO
  17 Sentyabr 2021    Oxunub:1616
Azərbaycan, Türkiyə və Pakistan Respublikaları arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təlimin planına uyğun olaraq, xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Sentyabrın 20-dək davam edəcək təlimlərin bu mərhələsində də qardaş ölkələrin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdiriblər.



Azvision.az


Teqlər:





Xəbər lenti