Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı çıxarılda
20 Mart 2014
Oxunub:897
Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Sergey Qayduk və bir qədər əvvəl Krımda tutulmuş fəallar azad edilib. Onlar martın 20-də səhər Krımla qonşu olan Xerson vilayətinin Çonqar qəsəbəsində sərbəst buraxılıblar.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə 7 nəfər azad edilib, onların arasında « Avtomaydan » fəalı, Ukraynanın sabiq müdafiə naziri, siyasətçi Anatoli Qritsenkonun oğlu Aleksey Qritsenko da var. « Azadlıq » Radiosunun məlumatına görə, azad edilənlər kiminləsə dəyişdirilib. Lakin onların kiminlə dəyişdirildiyi dəqiqləşməyib. Ukrayna HDQ komandanı S. Qayduk martın 19-da hərbi-dəniz qüvvələrinin Sevastopoldakı qərargahında yerli özünümüdafiə dəstələri tərəfindən girov götürülüb. Sevastopol prokurorluğundan S. Qaydukun müvəqqəti saxlandığını, ona suallar olduğu açıqlanıb.