`Xəzər Lənkəran` yarımfinalda

`Xəzər Lənkəran` yarımfinalda
  20 Mart 2014    Oxunub:925
Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, "Xəzər Lənkəran" futbol klubu doğma meydanda "Araz Naxçıvan" komandasını qəbul edib.

Matçın 25-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun Kamerunlu futbolçusu Etame Mbilla vurduğu qolla komandasına qələbə qazandırıb. Oyun elə bu hesabla da başa çatıb - 1:0.

Qeyd edək ki, “Xəzər Lənkəran” bu qələbədən sonra ölkə kubokunun yarımfinalına yüksəlib. Cənublular yarımfinalda “Qəbələ” klubu ilə qarşılaşacaq. İlk oyun aprelin 16-da Qəbələdə, cavab matçı isə aprelin 24-də Lənkəranda olacaq.


Teqlər:





Xəbər lenti