Sevastopoldakı Hərbi Dəniz bazası da rusların əlinə keçdi
Həyəcan siqnalı ilə qərargahın qarşısına toplaşan ukraynalı hərbiçilər kütlənin qarşısın ala bilməyiblər.
Sevastopol sakinləri Ukrayna qoşunlarından Krımı tərk etmələrini yaxud yerli özünümüdafiə dəstələrinə qoşulmağı tələb edirlər.
Xatırladaq ki, ötən gün Ukrayna Baş Qəragah rəisi, general-leytenant Mixail Kutsin öz rusiyalı həmkarı Valeri Gerasimovu Krımdakı ukraynalı hərbi qulluqçuların təhlükə yaranarsa, odlu silahdan istifadə edə biləcəklərini ilə bağlı xəbərdar etmişdi. Bu qərar Simferopolda 1 ukraynalı hərbi qulluqçunun öldürülməsindən sonra verilib.
Vüqar İsmayılov
Teqlər: