Dnestryanı da Rusiyaya birləşir - VİDEO
Krımdan sonra Dnestryanı da Ruiyaya birləşmək istəyir. Belə bir təşəbbüslə tanınmamış Respublikanın Ali Şurasının sədri Mixail Burla çıxış edib. O, Rusiya Dövlət Dumasının spikeri Serqey Narışkinə müraciət edərək Rusiyaya yeni ərazilərin birləşdirilməsi ilə bağlı qanun layihəsini sadələşdirilməsini təklif edib. Siyasətçinin fikrincə sözügedən qanun layihəsi daha çox Krıma uyğun gəlir, Dnestryanı üçün isə qəbul olunmazdır.
Məsələ burasındadır ki, başqa bir dövlətin müəyyən hissəsinin digər dövlətə birləşdirillməsi yalnız, stabil hökumət olmadığı halda mümkündür, Moldovada isə belə bir hökumət var.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Dövlət Dumasının Dumada Regional siyasət və Şimal və Uzaq Şərq Problemləri Komitəsi sədrinin müavini, Liberal-Demokrat Fraksiyasının beynəlxalq əlaqələr üzrə səlahiyyətli təmsilçisi, Dnesteryanıdan olan deputatı Roman Hudyakov Moldovada separat rejimin müstəqilliyini tanımağı təklif etmişdi.
XİN müavini Q.B Karasinə müraciətində Ukraynanı misal göstərən deputat Rusiyanın Dnesteryanını qorumalı olduğunu deyib.
“ Təklif edirəm ki, Ukraynada hadisələrin inkişafını nəzərə alıb bənzər ssenarinin Moldovada təkrarlanmasına yol verməyəsiniz. Hər şeydən əvvəl, söhbət 200 min Rusiya vətəndaşının yaşadığı Dnestryanıdan gedir. 2006-cı ildə keçirilən referendumda Dnestryanı Moldova Respublikasının 97% vətəndaşı Rusiyanın tərkibində müstəqilliyin tərəfdarı olduğunu bəyan ediblər. Bu gün isə onlar rumın yönlü Moldova hökumətinin hərbi ilhaqına məruz qala bilərlər.
Yaranmış vəziyyətin ağırlığını və təhlükənin böyüklüyünü, eləcə də Dnestryanı xalqının istəyini nəzərə alaraq Dnestraynının müstəqilliyinin tanınmasını və daha sonra Rusiya Federeasiyasını qoşulması məsələsini bir daha gözdən keçirməyinizi xahiş edirəm”.
Qeyd edək ki, Roman Hudyakov LDPR partiyasının üzvüdür. O, Jrinovskiyə yaxın olan sima kimi tanınır.
Səbinə Həsənova