Putin Krımı Rusiyaya birləşdiridi
“Krım xalqının 16 mart 2014-cü il tarixli referendumdakı qərarı nəzərə alaraq xüsusi statusa malik Sevastopol şəhərinin yerləşdiyi Krım Respublikasının müstəqilliyi tanınsın. Müqavilənin yüksək səviyyədə imzalanması məqsədəuyğun sayılsın”-deyə Putinin göstərişində bildirilir.
Xatırladaq ki, martın 17-də Vladimir Putin “Krım Respublikası tanınması barədə” adlı fərman imzalayıb. Referendumda iştirak edənlərin 96.5 faizi Rusiya ilə birləşməyə tərəfdar çıxmışdı.
Bakı vaxtı ilə saat 16:00-da Vladimir Putinin Krımın tanınması ilə bağlı Federasiya Şurası qarşısında çıxış edəcəyi gözlənilir.
Vüqar İsmayılov