“Yeni məşqçilər komandamızı gücləndirəcəklər” – Veteran cüdoçu
- İnanıram ki, onlar Azərbaycan cüdosunun şöhrətini bərpa etmək, yüksək nailiyyətlər qazanmaq üçün əzmkarlıq göstərəcəklər. Mövlud Mirəliyevin Olimpiya təcrübəsi var və onun yeni Olimpiya ümidlərimizin yetişməsinə töhfə vermək imkanları böyükdür. Köməkçiləri də tanınmış, təcrübəli və usta idmançılardır.
Azər Əsgərov hesab edir ki, onların arasında Azərbaycan cüdosunun daha bir tanınmış simasının – Sidney Olimpiadasının iştirakçısı, dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Səlimovun da olması məqsədəuyğun olardı: “Əminəm ki, Rəsul öz təcrübəsi, istedadı və idmançı keyfiyyətlərilə məşqçilər heyətinin fəaliyyətini daha da gücləndirə bilər”.
Veteran cüdoçu Federasiya rəhbərliyinin milli komandanı məhz milli heyətə etibar etməsi təqdirəlayiq hesab etdiyini vurğulayıb, uğurlu nəticələrin yaxın vaxtlarda göz qabağında olacağını bildirib.
Teqlər: Cüdo