Dövlət büdcəsinin səhiyyə xərcləri artıb

Dövlət büdcəsinin səhiyyə xərcləri artıb
  10 Avqust 2021    Oxunub:1209
2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin səhiyyə xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,6 faiz və ya 163,5 milyon manat artaraq 829,2 milyon manat icra edilib.
Azvision.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, səhiyyə xərcləri 852 milyon manat proqnoza qarşı 97,3 faiz və ya 22,7 milyon manat kəsrlə icra edilərək illik proqnozun 58,9 faizini təşkil edib. Cari ilin yanvar-iyun aylarında səhiyyə ilə bağlı xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və iyun aylarında az, digər aylarda çox icra edilib.

Azvision.az


Teqlər: Səhiyyə  





Xəbər lenti