Koronavirus xəstəsi çayxanada tapıldı

  03 Avqust 2021    Oxunub :457
Koronavirus xəstəsi çayxanada tapıldı
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsinin yeri çayxanada müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az - a verilən məlumata görə, verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Füzuli İlyasov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk edərək çayxanaya getməsi aşkar edilib.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə F. İlyasov yaşadığı evə göndərilib.

Fakla bağlı İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



Azvision.az

Teqlər: Koronavirus   Tovuz  







Xəbər lenti