Türkiyədə yanğından zərər çəkmiş ərazilər fəlakət bölgəsi elan edilib - FOTO
- Millətimizin yaralarını sarımaq, dəymiş zərəri qarşılamaq, əvvəlkindən daha yaxşı imkanlar yaratmaq üçün bütün lazımi addımları atmağa davam edəcəyik, - Ərdoğan vurğulayıb.
Prezident paylaşımında yanğın bölgələri və fəlakət zonasını göstərən Türkiyə xəritəsi də daxil edilib.
Xəritəyə əsasən Antalyada - Manavqat, Akseki, Alanya, Gündoğmuş və Gazipaşa, Muğlada - Marmaris, Bodrum, Milas, Köyceğiz və Seydikemer, Mersində - Aydıncık və Silifke, Osmaniyədə - Mərkəzi və Kadirli, Adanada - Aladağ, İmamoğlu, Karaisalı və Kozan rayonlarında yanğından təsirlənən bütün məhəllələr fəlakət bölgələri elan edilib.
Pərvanə Sultanova
Azvision.az