Reperin ölümü ilə bağlı cinayət işi açıldı

Reperin ölümü ilə bağlı cinayət işi açıldı
  16 Mart 2014    Oxunub:1099
Açılan cinayət işi müstəntiq Eldar Əliyevin rəhbərliyi ilə araşdırılacaq.
Ötən gün dünaysını dəyişən Azərbaycanın məşhur reperi Hüseyn Dəryanın ölümü ilə nəticələnən yol qəzası faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

AzVision.az xəbər verir ki, bu barədə ANS PRESS-ə Xəzər rayon prokurorluğundan məlumat verilib. Açılan cinayət işi müstəntiq Eldar Əliyevin rəhbərliyi ilə araşdırılacaq.

Xatırladaq ki, ötən gün saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi “Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Hüseyn Dəryanın dəfn mərasimi bu gün baş tutacaq.


Teqlər:





Xəbər lenti