Ruhanidən Türkiyəyə su ittihamı: "Çayları qurudursunuz"

      Ruhanidən Türkiyəyə su ittihamı: "Çayları qurudursunuz"
  26 İyul 2021    Oxunub:6245
İranın səlahiyyət müddəti başa çatmaqda olan Prezidenti Həsən Ruhani Türkiyəni Dəclə və Fərat çaylarından ədalətsiz istifadə etməkdə günahlandırıb.
Bölgə quruyur: İran və Türkiyədə su ciddi problemə çevrilib
Azvision.az bu barədə “İRNA”ya istinadla xəbər verir.

Ölkədəki ekoloji problemlərə toxunan Ruhani, Türkiyəni bölgədəki su mənbələrindən sui-istifadə etməkdə günahlandırıb və bunun İranda ciddi nəticələrə səbəb olduğunu vurğulayıb.

"Yalnız bir ölkənin (Türkiyə) iki böyük və əhəmiyyətli çaydan - Dəclə və Fəratdan istifadə etməsi axının aşağı hissəsindəki torpağın qurumasına səbəb olacaq, bu isə qonşu ölkələrə, yəni bizə təsir edəcəkdir", - Prezident deyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:   Su   İran   Türkiyə  





Xəbər lenti