`AZAL` PFK-nın baş məşqçisi istefa verdi

`AZAL` PFK-nın baş məşqçisi istefa verdi
  16 Mart 2014    Oxunub:953
"AZAL" PFK-nın baş məşqçisi Vaqif Sadıqov istefa verdi.
Son vaxtlar Premyer Liqada uğursuzluğa imza atan Bakının "AZAL" Peşəkar Futbol Klubunun baş məşqçisi Vaqif Sadıqov vəzifəsindən istefa verib.

AzVision.az xəbər verir ki, "AZAL" PFK-nun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov Trend-ə bildirib ki, bu gün "AZAL" PFK-nun rəhbərliyi və baş məşqçi korpusu görüş keçirib. Görüşdə komandanın son vaxtlar düçar olduğu uğursuzluqlar və əldə olunan mənfi nəticələr müzakirə edilib.

Rəhbərlik komandanın mövsümün əvvəllərində qarşıya qoyulan hədəflərdən uzaq düşdüyünü vurğulayıb.

Müzakirələr zamanı klub rəhbərliyi ilə baş məşqçi arasında ümumi nəticə əldə olunmayıb.

Bu səbəbdən Vaqif Sadıqov baş məşqçi vəzifəsindən istefa verdiyini bəyan edib. Vaqif Sadıqov bu qərarını günün sonunda futbolçulara da rəsmən bəyan edib.


Teqlər:





Xəbər lenti