Klublarımızın avrokuboklardakı potensial rəqibləri
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayan təmsilçilərimizin də növbəti – üçüncü təsnifat mərhələsində qarşılaşacağı potensial rəqibləri məlum olub. “Qarabağ” – “Aşdod” (İsrail) cütünün qalibi AEL (Kipr) – “Vlajnia” (Albaniya) cütünün, “Çukariçki” (Serbiya) – “Sumqayıt” cütünün qalibi “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün, “Soçi” (Rusiya) - “Keşlə” cütünün qalibi isə “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Təmsilçilərimiz növbəti mərhələyə vəsiqə qazanarsa, “Sumqayıt”la “Keşlə” ilk oyununu evdə, “Qarabağ” isə səfərdə keçirəcək. Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin oyunları avqustun 5-12-də keçiriləcək.
Azvision.az
Teqlər: UEFA