Rusiya Krımda ABŞ təyyarəsini vurdu

Rusiya Krımda ABŞ təyyarəsini vurdu
  15 Mart 2014    Oxunub:977
Krımda olan rus ordusu Amerikaya məxsus pilotsuz təyyarəni vurub.
AzVision.az xəbər verir ki, bu barədə rus ordusunda hərbi müşahidə və kəşfiyyat texnologiyalarını idarə edən “Rostex” dövlət qurumu açıqlama verib.

Qurumdan verilən məlumata görə, Amerikanın kəşfiyyat təyyarəsi 4 min metr hündürlükdə Krım səmasında uçarkən qeydə alınıb. Daha sonra yerə endirilən təyyarə hazırda Krımdakı rus hərbi birləşmələrinin əlindədir.

Rusiyanın bu barədə açıqlamasına ABŞ hələ ki, heç bir cavab verməyib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti