İlham Əliyevdən daha bir sərəncam

İlham Əliyevdən daha bir sərəncam
  29 Mart 2013    Oxunub:1315
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya Texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən edilsin.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan MR-in ərazisində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və ondan istifadə, elektron hökumətin formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək, Azərbaycan Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Teqlər:





Xəbər lenti