Donetskdəki toqquşmalarda 3 nəfər həlak olub
Lenin meydanında eyni zamanda mitinq təşkil edən iki qrup arasında tezliklə toqquşmalar baş verib. Rusiya tərəfdarları “Vahid Ukrayna naminə” adı ilə keçirilən mitinq iştirakçılarına hücum çəkiblər. Polis kordonunu yaran kütlə öz opponentlərinə qarşı zor tətbiq ediblər. Hüquq mühafizə orqanları bir neçə nəfəri həbs etsə də, Rusiya tərəfarları polis maşınlarını oda verərərk həbs olunmuş tərəfdarlarının azad olunmasına nail ola biliblər.
Son məlumatlara görə, toqquşmalarda 3 nəfər həlak olub, 50 nəfər isə xəsarət alıb. Yaralıların bir neçəsi ağır vəziyyətdə reanimasiyaya yerləşdiriliblər. Ukrayna Daxili İşlər naziri Arsen Avakov hadisə ilə bağlı 4 nəfər artıq həbs olunduğunu məlumat verib.
Xatıərladaq ki, bu toqquşma Donetsk şəhərində Rusiya və Ukrayna yönlü qruplar asrasında 2-ci qanlı toqquşmadır.
Vüqar İsmayılov
Teqlər: