Jirinovski: “Qarabağ Rusiyaya birləşdirilməlidir”
“Azərbaycan və Ermənistan heç zaman Qarabağla bağlı razılığa gəlməyəcəklər. Buna görə də ən yaxşısı onu Rusiyanın tərkibinə daxil etməkdir. Onda həm ermənilər inciməyəcək, həm də azərbaycanlılar bununla barışacaqlar. Çünki Qarabağ Ermənistanda qalmayacaq və Rusiyanın tərkibinə keçəcək”.
Onun sözlərinə görə, bütün keçmiş sovet respublikaları istədikləri zaman Rusiyanın tərkibinə daxil ola bilərlər.
“Eləcə də Dnestiryanı. Keçmiş SSRİ-nin bütün əraziləri heç bir zorakılıq, yalan, fırıldaqçılıq olmadan referendum yolu ilə ölkəmizin tərkibinə qayıdacaq. Hamınız Rusiyaya qayıdın və hər şey yaxşı olacaq. Hər kəsə demokratiya, təhlükəsizlik və yaxşı təminat vəd edirik. Hamımız bir yerdə ildən-ilə daha yaxşı yaşıyacağıq”-deyə rus siyasətçi bildirib.
Jirinovski bildirib ki, bütün ətraf ərazilər keçmiş Rusiya İmperiyasının və Sovet İttifaqının tərkibində olub və 300, 400, 500 il birgə yaşayıblar.
Vüqar İsmayılov