Avropada Avroliqa həyəcanı

Avropada Avroliqa həyəcanı
  13 Mart 2014    Oxunub:1590
Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək.

Avropanın 8 ölkəsində baş tutacaq qarşılaşmalardan üçü 22:00, beşi isə 00:05-də başlayacaq. Bu mərhələdə hərəyə 3 klubla təmsil olunan İspaniya və İtaliya komandalarından ikisi üz-üzə gələcək. Turin və Sevilyada eyni ölkə təmsilçiləri görüşəcək.

UEFA Avropa Liqasında bu gün keçiriləcək qarşılaşmalar arasında “Porto” (Portuqaliya) -“Napoli” (İtaliya), Yuventus (İtaliya) – “Fiorentina” (İtaliya), “Tottenhem” (İngiltərə) – “Benfika” (Portuqaliya) matçları daha çox maraq doğurur.

1/8 final mərhələsində baş tutacaq oyunların ümumi siyahısı isə aşağıdakı kimidir:

22:00. “Ludoqorets” (Bolqarıstan) - “Valensiya” (İspaniya)
22:00. "Bazel" (İsveçrə) - “Zalsburq” (Avstriya)
22:00. "Porto" (Portuqaliya) - "Napoli" (İtaliya)
00:05. “Lion” (Fransa) - Viktoriya” (Çexiya)
00:05. “Tottenhem” (İngiltərə) - "Benfika" (Portuqaliya)
00:05. "Yuventus" (İtaliya) - “Fiorentina” (İtaliya)
00:05. “Sevilya” (İspaniya) - “Betis” (İspaniya)
00:05. "Alkmaar” (Hollandiya) - “Anji” (Rusiya)

AzVision.az


Teqlər:  





Xəbər lenti