"Hindistan ştammı" artıq 90 ölkəyə yayılıb

  24 İyun 2021    Oxunub :337
"Hindistan ştammı" artıq 90 ölkəyə yayılıb
Koronavirusun "Hindistan ştammı" - "Delta" artıq dünyanın 90 ölkəsinə yayılıb.
Azvision.az xəbər verir ki, bunu “Rospotrebnadzor”un rəhbəri Anna Popova deyib.

“Bütün dünyadakı elm adamları peyvənd olunanlar da daxil olmaqla SARS-CoV-2 virusunun "Hindistan ştammı"nın təhlükəsini vurğulayırlar. Qeyd edilən virus iki əsas mutasiyaya malikdir və bu, peyvənd olunanların, həmçinin yoluxanların immunitetinin müdafiəsini iki-üç dəfə azaldır", - Popova bildirib.

O, "Hindistan ştammı"nın "delta plyus” adlanan yeni mutasiyasının aşkarlandığını əlavə edib:

"Hindistan səlahiyyətliləri bu variantın daha çox narahatlıq yaratdığını etiraf ediblər.

Bundan əvvəl İngiltərədə "delta plus"a azı 41 yoluxmanın qeydə alındığı bildirilib.

Pərvanə Sutanova
Azvision.az

Teqlər: Koronavirus   Hindistanştammı  






Xəbər lenti