Partlayışın gücündən iki bina çökdü- VİDEO
AzVision.az RT-yə istinadən xəbər verir ki, Nyu-Yorkun Şərqi Harlem bölgəsində iki 5 mərtəbəli bina çöküb. Binaların birində musiqi alətlərinin təmiri digərində isə kilsə yerləşirdi. Şəhər meri Bill de Blazionun verdiyi məlumata görə hadisə nəticəsində 2 qadın həyatını itirib, 20 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
Hadisə şahidlərinin dediyinə görə binaların çökməsinə güclü partlayış səbəb olub. Partlayışdan dərhal sonra göy üzünü tüstüyə bürüyən yanğın baş verib.
Hadisənin baş verməsinin əsas səbəbi kimi məişət qazının partlayışı göstərilir.
)