Monqol işğallarının sirri açıldı

Monqol işğallarının sirri açıldı
  12 Mart 2014    Oxunub:8738
İngiltərə alimlərinin fikrincə, Monqol imperiyasının yaranmasında həmin dövrdəki anomal isti və rütubətin də önəmli rolu var.
Monqolustan dünyada əhalisinin sıxlığı ən az olan ölkədir. Burada hər kvadrat kilometrə orta hesabla 2 nəfər düşür. 1,5 milyon kvadrat kilometrlik nəhəng Monqolustanda əsasən köçəri heyvandarlıqla məşğul olan 3 milyon əhali yaşayır.

Qəribə də olsa, tarixdəki ən böyük imperiya məhz burada yaranıb. XIII əsrin əvvəllərində Çingiz xan monqol tayfalarını birləşdirərək bir neçə istiqamətdə yürüşlərə başladı. Onun ölümündən sonra övladları və nəvələri Monqolustan imperiyasını genişləndirərək Şərqi Avropa, Yaxın Şərq, Cənub-Şərqi Asiya və Koreyaya qədər genişləndirmişdilər.

ABŞ-ın Kolumbiya Universitetinin Lamont-Doerti rəsədxanasının alimləri apardıqları analiz nəticəsində monqol işğallarının yalnız Çingiz xanın sərkərdəlik istedadları sayəsində mümkün olmadığını müəyyənləşdiriblər. Monqol imperiyasının yaranmasına həm də o dövrlərdə Monqolustanın mərkəzi vilayətlərində müşahidə olunan anomal isti və rütubətin də yol açdığı alimlər tərəfindən iddia olunur.

Həmin dövrün iqlim şəraitin bərpa etmək üçün alimlərə Sibirdə bitən şam ağaclarının kökündə bitən illik həlqələr yardım edib. Bu həlqələr bir çox dövrlərdəki iqlim dəyişikliklərinə şahidlik edib.

Belə ki, 1180-ci ildən 1190-cı ilə qədər Mərkəzi Monqolustanda güclü quraqlıq siyasi gərginliyə yol açıb. 1211-ci ildə Monqolustan son 15 min illik tarixinin ən isti və rütubətli dövrünə qədər qoyur.

Monqol çölləri təravətli otla bürünür. Bu isə nəinki orduya, həm də ordunun arxasınca gələrək onları azuqə ilə təmin edən maldarlar üçün də göydəndüşmə olub.

Əlverişsiz hava şəraiti Çingiz xana görkəmli sərkərdə olmasına rəğmən geniş işğallar aparmaqda mane ola bilərdi . Çünki bu zaman məhdud resursun hamısı yerli əhalinin və ordunun acından ölməməsi üçün sərf ediləcəkdi. Onda tarixdə tamamilə başqa yolla gedəcəkdi.

1260-cı ildə Monqolustan imperiyası 4 ayrı dövlətə parçalandı. XIV əsrin ortalarına qədər genişlənən bu dövlətlər daxili çəkişmələr nəticəsində tezliklə süquta uğradılar. Lakin böyük imperiyanın mirası bu gün xüsusən insan DNT-lərində hiss olunur. Keçmiş imperiyanın ərazisində yaşayan 16 milyon insanda eyni Y xromosom var. İstisna deyil ki, onların bəzilərinin əcdadı Çingiz xan olub.

Müasir dövrdə də Monqolustan sərt iqlimdən əziyyət çəkir. 2002-ci ildən 2009-cu ilə qədər ölkədə son 1112 ilin ən isti yayı keçdi.

Bu dəfə kənd yerlərində yaşayan monqollar paytaxt Ulan-Batora axışmağa başladılar. 2009-2010-cu ilin sərt qışı isə 8 milyon baş heyvanın yəni ölkədəki mal-qaranın 17%-nin qırılmasına səbəb oldu.

Nəticədə mal-qarasını itirən çobanlar və ümumilikdə, yarım milyon insan iş axtarmaq üçün paytaxt Ulan-Batora axışdılar.

Beləliklə, iqlimin şıltıqlığı dünya tarixini dəyişib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti