Ukrayna Rusiyanı "Bayraktar"la hədələyir

  21 İyun 2021    Oxunub :2433
 Ukrayna Rusiyanı  "Bayraktar"la hədələyir
"Kiyev Türkiyədən PUA-lar alıb ki, Rusiya Ukraynaya qarşı hər hansı hücum planlaşdırmazdan əvvəl iki dəfə düşünsün". Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Anadolu” agentliyinə müsahibəsində deyib.
Azvision.az xəbər verir ki, Kuleba ölkəsinin özünümüdafiə məqsədilə silah aldığını söyləyib.

Ukraynanın Donbassda "Bayraktar"dan istifadə etməsinin mümkünlüyü haqda suala cavabında o, deyib ki, "Əgər Rusiya hücum edərsə və bizimlə genişmiqyaslı hərbi qarşıdurmaya girərsə, o zaman özümüzü qorumaq üçün Ukrayna ərazilərinin istənilən hissəsində pilotsuz təyyarələrdən istifadə edəcəyik".



Eyni zamanda xarici işlər naziri Rusiyanın başqa ölkələri Kiyevə silah satmaqdan çəkindirmək üçün səy göstərdiyini söyləyib.

Türkiyədən alınan pilotsuz təyyarələrin keyfiyyətini yüksək qiymətləndirın nazir onların Ukrayna mühərriklərilə təchiz ediləcəyini və istehsalın lokallaşdırılması planlarını açıqlayıb.



Daha öncə Türkiyənin “Baykar” şirkəti Kiyev tərəfindən "Bayraktar" hücum dronlarının alınması barədə açıqlama vermişdi. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu cür məlumatların xoş qarşlanmadığını vurğulayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə razılaşmanın Rusiyaya qarşı olmadığını söyləyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ukrayna   Türkiyə   PUA  






Xəbər lenti