Ermənistanda virusa yoluxanların sayı 224 mini ötdü

  18 İyun 2021    Oxunub :541
Ermənistanda virusa yoluxanların sayı 224 mini ötdü
Ermənistanda son sutka ərzində daha 86 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 224 086 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 1 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4492-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1094 nəfərdir.

Aktiv xəstələrin sayı 2607 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVID-19   Ermənistan  






Xəbər lenti