Qaret Beyl Bakıdakı oyunun ən yaxşısı seçildi

  16 İyun 2021    Oxunub :573
Qaret Beyl Bakıdakı oyunun ən yaxşısı seçildi
Futbol üzrə "AVRO-2020"nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Türkiyə - Uels matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Uels yığmasının hücumçusu Qaret Beyl görüşün ən yaxşısı seçilib.

Qeyd edək ki, bu gün Türkiyə milli komandası Bakı Olimpiya Stadionunda Uels yığması ilə qarşılaşıb. Matçda Uels komandası 2:0 hesabı ilə qalib gəlib.

Azvision.az

Teqlər: QaretBeyl  






Xəbər lenti