Krıma uçuşlar ləğv olunur

Krıma uçuşlar ləğv olunur
  12 Mart 2014    Oxunub:894
"Türk Hava Yolları" (THY) martın 11-dən 16-dək Krımın Simferopol şəhərinə bütün aviareysləri qarşılıqlı olaraq ləğv edib.
AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, THY-dən verilən açıqlamaya görə, Simferopol hava limanındakı mövcud gərgin vəziyyət səbəbindən 11-16 mart tarixlərində həyata keçirilməsi planlaşdırılan avireyslər ləğv edilib. Ukraynanın digər şəhərlərinə reyslərin icrasında isə heç bir problem yoxdur.

Qeyd edək ki, Simferopol aeroportuna nəzarətin yenidən Rusiya tərəfdarı olan bir qrupun əlinə keçdiyi bildirilir.


Teqlər:  





Xəbər lenti