Türkiyə-Uels matçını portuqaliyalı hakim idarə edəcək

Türkiyə-Uels matçını portuqaliyalı hakim idarə edəcək
  14 İyun 2021    Oxunub:1382
Futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə-Uels oyunu idarə edəcək hakimlər briqadasının tərkibi açıqlanıb.
Azvision.az xəbər verir ki, qarşılaşmanın baş hakimi portuqaliyalı Artur Diaş olacaq. Ona həmyerliləri Rui Taveres və Paulu Soareş kömək edəcək.

Dördüncü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirəcək. Videonəzarət sistemi (VAR) üzrə hakim isə portuqaliyalı Joau Pineyro olacaq.

Qeyd edək ki, Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq.

Azvision.az


Teqlər: AVRO-2020   Türkiyə  





Xəbər lenti