AVRO-2020: Daha 3 oyun keçiriləcək

   AVRO-2020:    Daha 3 oyun keçiriləcək
  14 İyun 2021    Oxunub:1088
Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək.
Azvision.az xəbər verir ki, qarşılaşmaların biri D, ikisi E qrupunda baş tutacaq.

Günün ilk matçı D qrupunda Şotlandiya və Çexiya yığmaları arasında olacaq. E qrupunda üçqat Avropa çempionu İspaniya İsveçlə üz-üzə gələcək. Qrupun digər iddialı komandası Polşa Slovakiyanı sınağa çəkəcək.

D qrupu

Şotlandiya - Çexiya
Baş hakim: Daniel Siebert (Almaniya)
Qlazqo. "Hampden Park" stadionu

E qrupu

Polşa - Slovakiya
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Sankt-Peterburq. "Sankt-Peterburq" stadionu

İspaniya - İsveç
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Sevilya. "Estadio La Cartuja" stadionu

Azvision.az


Teqlər: AVRO-2020  





Xəbər lenti