Güləşçilərimiz Polşada 5 medal qazandılar

  14 İyun 2021    Oxunub :837
Güləşçilərimiz Polşada 5 medal qazandılar
İyunun 13-də Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turnirinə yekun vurulub.
Azvision.az xəbər verir ki, sonuncu yarış günündə - iyunun 13-də 60, 63, 72, 87 və 97 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Turnirdə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz İslam Abbasov təsnifat mərhələsində Türkiyə güləşçisinə qalib gəlib. Həmyerlimiz dörddəbir finalda İran idmançısına məğlub olub. Rəqib finala yüksəldiyi üçün İ.Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı rəqibi üzərində inamlı qələbə qazanıb. Son qarşılaşmada yerli pəhləvanı üstələyən güləşçimiz bürünc medalı boynundan asıb.

Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq), yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) bürünc, qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıb.

Azvision.az

Teqlər: Güləş   Medal  






Xəbər lenti