Vəli Küçük paşa azadlıqda
Qeyd edək ki, əslən Azərbaycanın Naxçıvan bölgəsindən olan general-mayor Vəli Kiçik 2008-ci ildə tutulub. Erməni əsilli Türkiyə jürnalisti Hrant Dinkin öldürülməsindən sonra onun vəkilləri Vəli Kiçikin Hrant Dinkə zəng edərək onu hədələdiyini iddia etmişdi. Daha sonra bir tədbirdə qətlin iştirakçılarından olan Yasin Hayalla Vəli Kiçiyin yanaşı addımladığı şəkil ortaya çıxdı. Ən sonra prokurorluq general-mayor Vəli Kiçiki “Ergenekon” iddiası ilə həbs etdi.
Məhkəmə dünən general-mayor Vəli Kiçiklə yanaşı pensiyada olan general-mayor Levent Ersözün də buraxılması barədə tələbi rədd etmişdi, ancaq bu gün o da azadlığa çıxdı (ANS-Press).