Ukraynada yeni qoşun növü yaradılır

Ukraynada yeni qoşun növü yaradılır
  11 Mart 2014    Oxunub:1404
Ölkənin ərazi bütövlüyünü və təhlükəsizliyin təmin etmək üçün Milli Qvardiya yaradılır.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin gündəliyinə salınıb.

Daxili Qoşunlara yardım məqsədilə yaradılan Milli Qvardiyaya 20 min nəfərin səfərbər edilməsi gözlənilir. Rada tribunasından deputatlara səslənən baş nazir Arseni Yasenyuk ordunun qarət olunduğunu və son 4 ildə Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin aşağı düşdüyün vurğulayıb.

Ukrayna Müdafiə naziri İqor Tenyux isə keçirilən hərbi təlimlərin orduda bir sıra çatışmazlıqların olduğunu ortaya qoyub. Belə ki, Ukrayna Quru Qoşunlarının rəsmən 41 min nəfər olduğu açıqlansa da, faktiki onların yalnız 6 mini real döyüş hazırlığındadır.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti