Cüdoçularımız bu günü də medalsız başa vurdular

Cüdoçularımız bu günü də medalsız başa vurdular
  09 İyun 2021    Oxunub:2105
Budapeştdə cüdo üzrə dünya çempionatının üçüncü gününün yarışları keçirilib.
Azvision.az xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində otuzikidəbir finaldan mübarizəyə başlayan Hidayət Heydərov mozambikli Ayton Siquir, çexiyalı Jakub Jesmınek, italiyalı Ciovanni Espozıtonu məğlub edərək dörddəbir finala vəsiqə qazansa da növbəti mərhələdə Türkiyə təmsilçisi Bilal Ciloğluya məğlub olub.

Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
Təsəlliverici qarşılaşmada macarıstanlı Miklos Ungvarıya qalib gələn H.Heydərov bürünc medal görüşünə vəsiqə qazanıb. İdmançımız üçüncü yer uğrunda yaponiyalı Soiçi Haşimotoya uduzub. Onunla eyni çəkidə mübarizə aparan Nurlan Osmanov isə ilk qarşılaşmasında isveçli Tommi Masiasa məğlub olub.

Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Belə ki, turnirin birinci günündə kişilər arasında mübarizə aparan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.

Azvision.az


Teqlər: Cüdo   Yarış  





Xəbər lenti