Məmmədyarov-Rəcəbov qarşılaşması heç-heçə bitdi
Turun digər oyunlarında ABŞ təmsilçisi Uesli So həmyerlisi Fabiano Karuananı, rusiyalı Aleksandr Qrişuk Rumıniya şahmatçısı Boqdan-Daniel Dyakı məğlub ediblər, Rumıniyalı digər şahmatçı Konstantin Lupulesku fransalı Maksim Vaşye-Laqrav, niderlandlı Aniş Giri isə erməni Levon Aronyan ilə qarşılaşmalarda heç-heçə ediblər.
Qeyd edək ki, şahmatçılarımız ötən üç turu da heç-heçə ilə başa vurublar. Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.
Azvision.az
Teqlər: Şahmat