Cüdoçularımız günü medalsız başa vurdular

Cüdoçularımız günü medalsız başa vurdular
  08 İyun 2021    Oxunub:1375
İyunun 7-də Budapeştdə cüdo üzrə dünya çempionatının ikinci gününün yarışları keçirilib.
Azvision.az xəbər verir ki, turnirin ikinci günündə Nicat Şıxəlizadə və Orxan Səfərov (66 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) yarışa qatılıblar. Cüdoçularımızdan O.Səfərov ilk qarşılaşmalarında Natan Berns (İrlandiya), Sərdor Nurullayev (Özbəkistan), Veyl Ezzi (Əlcəzair), dörddəbir finalda isə fransalı Kilian Le Bluka qalib gəlsə də, yarımfinalda yaponiyalı Yoşiro Maruyama uduzub.

İdmançımız bürünc medal uğrunda rusiyalı Yaqub Şamilova məğlub olaraq mükafatsız qalıb.

Bu çəkidəki digər cüdoçu N.Şıxəlizadə isə startda rumıniyalı Lyütsian Dumitreskiyə məğlub olub.

Qadınların yarışında G.Məmmədəliyeva ilk qarşılaşmasında Tatyana Levitska-Şukvaniyə (Gürcüstan) qalib gəlsə də, növbəti görüşdə Astrid Qnetoya (Fransa) məğlub olub.

Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Belə ki, turnirin birinci günündə kişilər arasında mübarizə aparan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.

Azvision.az


Teqlər:





Xəbər lenti