`Ergenekon`məhkumları azad edildi

`Ergenekon`məhkumları azad edildi
  11 Mart 2014    Oxunub:868
Türkiyədə `Ergenekon` işi ilə bağlı 13 məhkum azad edildi.

İstanbul məhkəməsi dövlət çevrilişinə cəhddə ittiham olunan 13 məhkumu bazar ertəsi azadlığa buraxıb. Onların arasında - vəkil Kamal Kerinçsiz, jurnalist Tuncay Özkan, hərbçilər, yazıçı və publisistlər olub.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə yeni qanunvericilik normalarına əsaslanıb. Məhbusların azad edilməsi məsələsi bu yaxınlarda parlament tərəfindən xüsusi yurisdiksiyalı məhkəmələrin ləğv edilməsi barədə qanunun bəyənilməsi sayəsində mümkün olub.

Azad olunanlardan bəziləri ömürlük həbsə məhkum olunublar. Bir sıra məhbuslar məhkəmə tərəfindən başqa yerə getməmək şərti ilə iltizam əsasında, nəzarət altında saxlanılmaqla buraxılıblar.

Martın 7-də İstanbulun ağır cinayətlərə dair məhkəməsi hərbi çevrilişi ilə bağlı cinayət işi üzrə ömürlük həbs cəzasına məhkum edilən Türkiyə baş qərargahının sabiq rəisi general İlkər Başbuğu azad edib.

Məhkəmə 2006-ci ildə Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar "Ergenekon" təşkilatını terror təşkilatı kimi tanıyıb.


Teqlər:  





Xəbər lenti