“Formula-1”: Azərbaycan Qran-prisinin finalıdır

      “Formula-1”:    Azərbaycan Qran-prisinin finalıdır
  06 İyun 2021    Oxunub:1245
Bu gün Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçiriləcək.
Azvision.az xəbər verir ki, Qran-Pridə hər birində 2 pilot olmaqla on komanda mübarizə aparacaq. Belə ki, yarışda “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasında Karlos Sayns, Çarls Lekler, “Williams”ın heyətində Corc Russell və Nikolas Latifi yarışırlar. “Red Bull Racing Honda” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparacaqlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Antonio Covinatsi və Kimi Raykonnen, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak edəcəklər. Mik Şumaxer və Nikita Mazepin “Haas”, Sebastian Fettel və Lans Stroll "Aston Martin" komandalarının idman şərəfini qoruyacaqlar.

Pilotlar uzunluğu 6 kilometr, yürüş marşrutunun ümumi məsafəsi isə 306 kilometr olan Bakı şəhər halqasında iki saat ərzində 51 dövrə vuracaqlar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Azərbaycan Qran-Prisi Formula 1 üzrə dünya çempionatının altıncı mərhələsidir.

Azvision.az



Teqlər: Formula-1   Yarış  





Xəbər lenti