Boksçumuz olimpiadaya lisenziya qazandı

Boksçumuz olimpiadaya lisenziya qazandı
  05 İyun 2021    Oxunub:1324
Parisdə boks üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.
Azvision.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət millisinin heyətində yarışa Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (91 kq), Məhəmməd Abdullayev (+91 kq) qatılıblar.

Qadınlardan ibarət yığmanın heyətində isə Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) yer alıblar.

Boksçularımız Qazaxıstanda iki medal qazanıblar
Dünya çempionumuz Cavid Çələbiyev səkkizdəbir finalda irlandiyalı boksçu Corc Batesi məğlub edərək dörddəbir finala vəsiqə qazanıb. Dörddəbir finala yüksəlməklə C.Çələbiyev Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Yığmamızın daha bir üzvü Alfonso Dominqes isə Olimpiadaya vəsiqə uğrunda ilk döyüşündə Avropa Oyunlarının qalibi Stefan Hrekul (Ukrayna) ilə gücünü yoxlayıb. Səkkizdəbir final çərçivəsində baş tutan görüş A.Dominqesin qələbəsi ilə başa çatıb. O, dörddəbir finalda rusiyalı İmam Xatayev ilə üz-üzə gələcək. Bu çəki dərəcəsində ən güclü 6 boksçu Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Xatırladaq ki, buna qədər yığmamızın üzvü Tayfur Əliyev “Tokio-2020”yə lisenziya əldə edib.

Azvision.az



Teqlər: Boks   Olimpiada  





Xəbər lenti