Kliçko yumurta atəşinə tutuldu

Kliçko yumurta atəşinə tutuldu
  10 Mart 2014    Oxunub:987
UDAR partiyasının sədri şəhərdə “Ukraynanın birliyi uğrunda” adlı mitinqdə çıxış edən zaman insident yaşanıb.
Azvision.az rus mətbuatına istinadən xəbər verir ki, Ukraynanın şərqində, Donetsk şəhərində mitinqdə çıxış edən zaman Vitali Klçiko ruspərəst etirazçılar tərəfindən yumurta hücumuna məruz qalıb.

“Rusiyanın həll edilməsi gərərək çox problemləri var. Bəs onda Ukraynada kimləri müdafiə edir?”-deyən Klçiko Ukrayna bayrağını tribuna üzərindən qaldırır.

Bu zaman səhnə arxasında dayanan bir neçə fəal “Rusiya biri xilas et” “Rüsvayçılıq” və “Faşizmə yox” şüarları ilə müxalifət liderinin belinə yumurtalar atıblar.

Bundan başqa, səhnədən düşərək maşınına yaxınlaşan Kliçkoya doğru iki fişəng atılıb. Lakin onun mühafizə xidməti siyasətçini çətirlərlə örtərək onu ərazidən uzaqlaşdırıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti