Yeniyetməyə 25 il verildi

Yeniyetməyə 25 il verildi
  10 Mart 2014    Oxunub:967
İsrail məhkəməsi martın 10-da fətəstinli terrorçu Məhəmməd Abid əl-Cəfər Nasir Məfaric barəsində 25 illik həbs cəzası çıxarıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2012-ci ilin noyabrında Ramat-Qama şəhərindən Təl-Əvivə səfər edən reys avtobusuna partlayıcı yerləşdiən Məfaric istintaqla əməkdaşlıq etdiyi və terror aktı zamanı yetkinlik yaşına çatmadığı üçün ömürlük həbs cəzasından xilas olub.

Lakin məhkəmə onun barəsində 25 il müddətində azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Məhkəmədə heç kəsi öldürmək istəmədiyin bildirən fələstinli terrorçu məhz buna görə, zərbə qüvvəsi az olan partlayıcıdan istifadə etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, məqsədi yalnız İsrailin Qəzza sektorunda keçirdiyi hərbi əməliyyatı dayandırmaq olub. İstintaq materiallarına görə, sərnişinlə dolu avtobusda partlayıcı yerləşdirən Məfaric sonradan oranı tərk edib. Heç kəsin həlak olmadığı partlayış zamanı 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İsrail polisi hadisədən bir neçə saat keçmiş artıq terrorçunu həbs edib. Məfaricin əməkdaşlıq etdiyi terrorçu şəbəkəsinin məhkəməsi isə bir müddət sonra başlayacaq.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti