`Putini yalnız nüvə silahı dayandıra bilər` - Qüdrət Həsənquliyev

`Putini yalnız nüvə silahı dayandıra bilər` - Qüdrət Həsənquliyev
  10 Mart 2014    Oxunub:1083
AzVision.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə Ukyraynda baş verən son hadisələrlə bağlı verdiyi müsahibəni təqdim edir.

- Qüdrət bəy, Ukrayna ətrafındakı son vəziyyəti necə qiymətləndirirsiniz?


- ABS və Böyük Britaniya Ukraynaya xəyanət etdi. Ölkələrinin ləyaqətini alçaltmış hər iki ölkənin, dövlət adamı adına utanc olan başqanları Putinin qarşısında nə edəcəyini bilməyən çarəsiz uşaqlara bənzəyirlər. Ukraynanın yeni oyuncaq rəhbərləri də anoloji vəziyyətdə görünür. Onlar Obama və Kamerundan öhdəliklərini yerinə yetirməyi belə tələb edə bilmirlər, o ki, qalsın xalqı müdafiə üçün səfərbər etmək. Çünki Qərbin dəstəyi ilə hakimiyyətə gəliblər Qərb də onların müqavimət göstərməsini istəmir. İnqlabçıların hakimiyyət ehtirası 46 milyonluq ölkəni tam müdafiəsiz bir hala gətirib.

- Bəs, bu vəziyyətdən çıxış yolu varmı?

- Ukrayna xalqı ərazi bütövlüyü üçün vuruşmalıdır. Xalq öhdəliyini yerinə yetirməyən ABŞ və BB-dən tələb etməlidir ki, nüvə silahlarını öz ehtiyatları hesabına geri qaytarsın. Putini yalnız nüvə silahı dayandıra bilər.

- Bu, mümkünmü?

- Belə görünür ki, xalq da vuruşmaq istəmir.Onlar Meydana yaxşı həyat və hakimiyyət üçün yıgışmışdılar. Onlar vuruşsaydılar, bizdən fərqli olaraq, Qərb onlara kömək etmək məcburiyyətində qalacaqdı.

- Kırımın işğalı dünyada təhlükəsizliyə necə təsir edəcək?

- Nüvə silahı sürətlə yayılacaq. Beynəlxalq öhdəliklərin və hüququn boş şey oldugu bir daha təsdiqini tapdı. Bundan sonra İrandan heç kim tələb edə bilməz ki, nüvə silahı yaratma. Belə tələbdə bulunmaq üçün isə son dərəcə utanmaz olmaq lazımdır. Qardaş Türkiyə də bu barədə təcili qərarlar qəbul etməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti