Suriyada qaçırılan rahibələr azad edildi - VİDEO
Maalula şəhərindəki yerli monastırda girov götürülən 16 rahibəni qarşılamaq üçün Antiox Pravoslav kilsəsinin mitropoliti və bir sıra müsəlman ruhanilər toplaşıb. Ərəb KİV-lərinin məlumatına görə, girovların azad olunmasında əsas vasitəçi rolunu Qətər xüsusi xidmət orqanlarının rəhbəri Qanem əl-Qubeysi oynayıb.
Xatırladaq ki, “Əl Nüsrə Cəbhəsi” girov götürdüyü rahibələrin qarşılığında Suriya həbsxanalarında olan 500 tərəfdarının azad olunmasını tələb edirdi. Müxalifətlə razılığa gələn Əsəd hakimiyyətinin 150-ə qədər döyüşçünü azad etməyə razı olduğu vurğulanır.
Vüqar İsmayılov