Ketrin Eşton İsfahana gedib
İRNA agentliyinin xəbərinə görə, Eşton İsfahan şəhər hava limanında jurnalistlərə bildirib ki, bir günlük səfər zamanı İsfhanın tarixi abidələri ilə tanış olacaq: "Sevinirəm ki, dünyanın tanınmış tarixi şəhərlərindən birinə səfər etmişəm. İsfahanın misilsiz tarixi ilə yaxından tanışam".
K.Eşton ötən gün Tehranda bir sıra dövlət rəsmiləri ilə, o cümlədən İran prezidenti Həsən Ruhani, spiker Əli Laricani, XİN başçısı Məhəmməd Cavad Zərif və digər rəsmilərlə görüşlər keçirib.
Xatırladaq ki, 2013-cü ilin noyabrında Tehran və "altılıq" ölkələr İrana qarşı sanksiya rejiminin yüngülləşdirilməsi müqabilində İranın nüvə fəaliyyətinin qismən dayandırılması barədə razılığa gəliblər. Sazişin icrasına tərəflər yanvarın 20-də başlayıblar. Tərəflərin İranın nüvə proqramı üzrə hərtərəfli sazişin müzakirəsinə başlayacağı gözlənilir.
Teqlər: