Yaponlar nüvə enerjisinə qarşı
“Əlvida, atom!” və “AES-lərə YOX!” şüarları səsləndirən çoxminli kütlə Tokio parkından parlamentin binasınadək yürüş edib. Nümayişçilər Yaponiya hökumətini AES-lərdə reaktorların işinin bərpasına istiqamətlənmiş siyasətdən imtina etməyə çağırmışlar. Nümayişdə tanınmış ictimai xadimlər, o cümlədən görkəmli yazıçı, Nobel mükafatı laureatı Kenzaburo Oe də iştirak edib.
“Fukusima-1” AES-də baş verən qəzadan sonra paytaxtda və Yaponiyanın digər şəhərlərində atom enerjisindən istifadə əleyhinə müntəzəm mitinqlər keçirilir. Təşkilatçılar ölkədə atom enerjisindən istifadəni qadağan edən referendumun keçirilməsi üçün imza toplayırlar. Demokratik Partiyanın rəhbərlik etdiyi əvvəlki hökumət ictimai təzyiq altında 2030-cu ilədək ölkədə atom enerjisindən istifadənin tamamilə dayandırılması barədə proqram qəbul etmişdi. Lakin 2013-cü ilin dekabrında seçkilərdə qalib gələn Liberal Demokratik Partiyanın lideri, Baş nazir Şinzo Abe reaktorların fəaliyyətinin tədricən bərpasına istiqamətlənmiş siyasət yeridir ki, bu da etirazla qarşılanır.
Teqlər: