`Neftçi` Qəbələdə `şeytanın qıçı`nı qırdı - VİDEO

`Neftçi` Qəbələdə `şeytanın qıçı`nı qırdı - VİDEO
  09 Mart 2014    Oxunub:905
Bu gün Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində son görüşlər keçirilir.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, "Qəbələ" doğma meydanda paytaxtın "Neftçi" klubunu qəbul edib.

İlk qol bakılılardan gəlib. 29-cu dəqiqədə Bahodir Nasimov fərqlənib. 64-cü dəqiqədə özbəkistanlı futbolçu dubla imza atıb.

71-ci dəqiqədə Lorense Ebesilio hesab arasındakı fərqi azaldıb - 1:2. Son dəqiqələrdə isə "Qəbələ" futbolçularının hesabı bərabərləşdirməsinə dirək mane olub.
Beləliklə, son 5 oyunda qələbə üzünə həsrət qalan "Neftçi" Qəbələdən 3 xalla ayrılıb.

Turun son qarşılaşmasında isə "Qarabağ" və "Bakı" komandaları üz-üzə gələcəklər.




Teqlər:





Xəbər lenti