Hərbi təyinatlı süngü bıçağı ilə tanışını qətlə yetirdi

   Hərbi təyinatlı süngü bıçağı ilə tanışını qətlə yetirdi
  31 May 2021    Oxunub:1600
Mayın 30-da Həsənov Sərdar Sabir oğlunun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Dünyamalıyev Vüsal Şahin oğlunun şəxsi münasibətlər zəmnində hərbi təyinatlı süngü bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Sərdar Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vüsal Dünyamalıyev könüllü olaraq cinayət aləti olan süngü bıçağını təqdim edərək təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Abşeron   Qətl  





Xəbər lenti