Təbrizdə zəlzələ olub: insanlar təşviş içində

Təbrizdə zəlzələ olub: insanlar təşviş içində
  09 Mart 2014    Oxunub:964
İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində 3,5 bal gücündə zəlzələ baş verib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, "Fars" agentliyinin məlumatına görə zəlzələ sakinlər arasında təşvişə səbəb olub.

Zəlzələnin episentri Təbriz yaxınlığındakı Əmənd kəndində, 17 km dərinlikdə olub.

Xatırladaq ki, 2012-ci il avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, təxminən 2500 nəfər xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmış, təqribən 5 min bina zərər görmüşdü.


Teqlər:





Xəbər lenti