Con Kerri diplomatik ultimatum irəli sürdü

Con Kerri diplomatik ultimatum irəli sürdü
  09 Mart 2014    Oxunub:1022
ABŞ dövlət katibi Con Kerri Rusiya Xarici İşlər Naziri Sergey Lavrova diplomatik ultimatum irəli sürüb. Kerri Lavrov ilə telefon danışığı zamanı Rusiya Krım və ya Ukraynanın digər bölgələrində hərbi mövcudluğunu genişləndirməyi davam etdirəcəyi təqdirdə, böhranın həlli üçün diplomatik yolların tükənə biləcəyi haqqında ona xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiyanın Krımı özünə birləşdirməsi ilə bağlı növbəti addımları diplomatik addımlar üçün heç bir şans saxlamayacaq. Eyni zamanda dövlət katibi Moskvanı maksimum dərəcədə təmkinli olmağa çağırıb.

AzVision.az xəbər verir ki, Rusiya XİN-nin saytında çıxan məlumata görə, Xarici siyasət idarələrinin başçıları "ukrayna böhranın həllinə yardım məqsədi ilə intensiv əlaqələr davam etdirmək barədə razılığa gəliblər". Danışığın təfərrüatı haqqında başqa məlumat verilmir.


Teqlər:  





Xəbər lenti