“Vilyarreal” ilk dəfə Avroliqanın qalibi oldu

  “Vilyarreal” ilk dəfə Avroliqanın qalibi oldu
  27 May 2021    Oxunub:1570
Polşanın Qdansk şəhərində UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün final görüşü keçirilib.
Azvision.az xəbər verir ki, turnirin həlledici görüşündə İngiltərənin “Mançester Yunayted” klubu İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gəlib. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 1:1.

29-cu dəqiqədə Jerar Moreno "Vilyarreal"ı irəli çıxarsa da, 55-ci dəqiqədə Edinson Kavani "Mançester Yunayted"in bərabərlik qolunu vurub.

Oyunda qalibi müəyyən etmək üçün 30 dəqiqədən ibarət əlavə vaxt oynanılıb və hesab bu yenə dəyişilməyib. Beləliklə oyunda qalib 11 metrlik cərimə zərbələrindən sonra müəyyən olunub.

Penalti seriyalarında daha üstün olan (11:10) “Vilyarreal” komandasının oyunçuları UEFA Avropa Liqasının qalibi olub. Klub tarixində ilk dəfə UEFA Avropa Liqasının kubokunu başı üzərində qaldırıb.

Azvision.az


Teqlər: Futbol  





Xəbər lenti