“Azərbaycana verdiyimiz söz var idi” - Şenol Günəş
"Azərbaycanla qarşılaşacağıq. Onlara "xoş gəldiniz" deyirəm. Biz tək millət, iki dövlətik. Azərbaycanla oyun mütləq keçirilməli idi. Əslində keçən il onlarla oynamalı idik. Həmin vaxt alınmadı. Amma verdiyimiz söz var idi. Azərbaycan millisini yaxından tanımıram. “Qarabağ”ın oyunlarını izləmişəm. Bu mövsüm “Neftçi” çempion oldu. Oynayacağımız komandanın oyunçuların çoxu yerli çempionatda çıxış edən futbolçulardır. Onlar da yaxından tanımaq istəyirik. Müdafiə olan komandalar çətinlik yaradır. Azərbaycan çətinliklə uduzan, yaxşı müdafiə olunan komandadır. Asan oyun olmayacaq. Əlimizdən gələnin ən yaxşı edərək gözəl qalibiyyət əldə etmək istəyirik" - deyə baş məşqçi bildirib.
Ş.Günəş Avro-2020-dəki hədəfləri haqda da danışıb. O bildirib ki, arzuları qrupdan çıxmaqdır: "Ondan sonra mümkün qədər irəliləmək istəyirik. Azərbaycandakı azarkeşlərə də iş düşür. Onların bizi dəstəkləməsini istəyirəm. Bu dəstəyin də öz oyunçuları anlayışı çərçivəsində olmasını arzulayıram. İtaliya ilə ilk matçın nəticəsindən asılı olmayaraq, Azərbaycandakı iki görüş bizim üçün çox önəmlidir. Həm azərbaycanlılar, həm də türkiyəlilər üçün qrupdan çıxmaq istəyirik. Hamımızın birlikdə əl-ələ verib, Bakıdakı hər iki görüşdə qələbə qazanaraq sevinməyimizi istəyirəm. Onların dəstəyinə və meydada uğurlu çıxışıma ehtiyacımız var".
Azvision.az
Teqlər: ŞenolGünəş